AZ

"Mançester Siti"nin sabiq futbolçusu karyerasını BAŞA VURDU - FOTO

Almaniya millisinin, "Bavariya" və "Mançester Siti"nin sabiq futbolçusu Jerom Boatenq karyerasını başa vurub.

Bizim.Media xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarında paylaşım edib.

37 yaşlı müdafiəçi futbolla vidalaşdığını bildirib.
 

Boatenqin son klubu bu ilin avqustunda tərk etdiyi Avstriya LASK-ı olub. Boatenq karyerası ərzində Almaniyanın “Hamburq” və “Herta”, İngiltərənin “Mançester Siti”, Fransanın “Lion” və İtaliyanın “Salernitana” klublarında çıxış edib.


Boatenq Almaniya yığmasında 76 dəfə meydana çıxıb və 1 qol vurub.


Bizim.Media

Seçilən
9
4
bizim.media

5Mənbələr