RU

BMT Baş katibi Qərb ölkələrinə: İsraildən qorxmayın

BAKI, 20 sentyabr. TELEQRAF

“Dünya Qəzzada dağıdıcı müharibəsini davam etdirən və İordan çayının qərb sahilinin tədrici ilhaqını həyata keçirən İsraildən qorxmamalıdır”.

Teleqraf xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.

“Biz intiqam riskindən qorxmamalıyıq, çünki nə edəcəyimizdən asılı olmayaraq həmin hərəkətlər davam edəcək; ən azı beynəlxalq ictimaiyyəti təzyiq göstərməyə səfərbər etmək və onların təkrarlanmasının qarşısını almaq imkanı var”, - beynəlxalq təşkilatın rəhbəri bildirib.

Qeyd edək ki, İsrail gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyasında Qərb ölkələrinin Fələstin dövlətini tanıması halında İordan çayının qərb sahilini ilhaq edəcəyi ilə hədələyib.

Избранный
39
2
teleqraf.com

3Источники