RU

Adnan Əhmədzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi-RƏSMİ

Musavat.com xəbər verir ki, Bakı şəhəri Səbail rayon məhkəməsində keçirilən iclasda Adnan Əhmədzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yayılan məlumatlara əsasən, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Məhkəmədə elan edilən ittihamda qeyd olunur ki, Əhmədzadənin fəaliyyəti dövlətin maliyyə maraqlarına ciddi ziyan vurmaqla yanaşı, həm də iqtisadi sabitliyi hədəfə alıb. Onun barəsində seçilən həbs qətimkan tədbiri istintaqın gedişi üçün zəruri addım kimi qiymətləndirilir.

İstintaq davam edir və əlavə detallar yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, bu barədə ilk təfərrüatlı məlumatı Musavat.com saytı verib.


Musavat.com

Избранный
32
27
musavat.com

10Источники