RU

Millimizin sabiq baş məşqçisi Panatinaikos u çalışdıra bilər

sport24.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan yığmasından ayrılan portuqaliyalı baş məşqçi Fernandu Santuş karyerasını Yunanıstanda davam edə bilər. Sport24.az xəbər verir ki, "Panatinaikos" Rui Vitoriya ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışını davam etdirir.

Yunan mətbuatının yazdığına əsasən, klubun gündəminə son olaraq 70 yaşlı Santuş daxil olub.

Təcrübəli mütəxəssis əvvəllər də "Panatinaikos"u çalışdırıb. O, həmçinin Yunanıstan yığmasının, PAOK-un və AEK-in baş məşqçisi olub.

Qeyd edək ki, Fernandu Santuş Azərbaycan milli komandasında bir qələbə belə qazana bilməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
sport24.az

1Источники