Çin Ukrayna münaqişəsinin həllinə sadiqdir və onu asanlaşdırmağa hazırdır.
AFN.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. O qeyd edib ki, bunun belə olduğunu hesab edir.
"O (Çin prezidenti Si Tsinpin – red.) [Ukrayna böhranının həllini görmək istərdi. İnanıram ki, o, bunu ürəkdən istəyir. Düşünürəm ki, Si Tsinpin buna nail olmaq üçün bizimlə işləyəcək", - deyə Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.