RU

Venesuela ABŞ-ın Karib dənizindəki hərəkətlərinin dayandırmasını tələb edir

Venesuela ABŞ-ın Karib dənizindəki hərəkətlərinin dayandırmasını tələb edir

Venesuela BMT Təhlükəsizlik Şurasını ABŞ-ın Karib dənizindəki hərbi əməliyyatlarını dayandırmağa çağırıb.

AFN.az xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Pinto öz Teleqram kanalında Venesuelanın BMT-dəki daimi nümayəndəsi Aleksandr Yanezin bəyanatına istinadən məlumat verib.

"ABŞ-ın rəsmi məlumatlarına görə, ABŞ Karib hövzəsində məhkəməsiz qətllər və kiçik gəmilərə raket zərbələri törədir ki, bu da ölkələrin və insanların bütün mövcud insan hüquqlarını pozur. Buna görə də biz BMT Təhlükəsizlik Şurasını beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən bu məcburiyyət siyasətini pisləməyə və ABŞ hökumətindən bu hərəkətlərə son qoymasını tələb etməyə çağırırıq", - deyə Yanez bildirib.

Diplomat qeyd edib ki, uzun illərdir ki, Venesuela ABŞ tərəfindən təqiblərə və qeyri-qanuni birtərəfli məcburi tədbirlərə məruz qalıb. O, əlavə edib ki, ABŞ-ın dəniz, hava və quru qüvvələrinin, o cümlədən nüvə sualtı qayığının Karib hövzəsində yerləşdirilməsi ilə əlaqədar təcavüzün eskalasiyası xüsusilə təhlükəli xarakter alır. Yanez vurğulayıb ki, bu hərəkətlər BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır və Qərb yarımkürəsində sabitliyi ciddi şəkildə təhdid edir, Venesuela xalqının və bütün region xalqlarının insan haqlarını təhlükə altına qoyur.

Избранный
22
afn.az

1Источники