RU

Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatdı FOTO - YENİLƏNDİ

Sentyabrın 20-də doğma yurduna yola salınan köç karvanı Kəlbəcər şəhərinə çatıb. 

News24.az xəbər verir ki, bu mərhələdə köçürülən 115 nəfərdən ibarət 29 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.

***

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.

News24.az xəbər verir ki, bu mərhələdə Gəncə şəhərindən 12 ailə (44 nəfər), Bakı şəhərindən 6 ailə (20 nəfər), Abşeron rayonundan 4 ailə (14 nəfər), Bərdə rayonundan 2 ailə (10 nəfər), Göygöl rayonundan 2 ailə (9 nəfər), Yevlax rayonundan 1 ailə (7 nəfər), Salyan rayonundan 1 ailə (6 nəfər) və Şəmkir rayonundan 1 ailə (5 nəfər), ümumilikdə 29 ailə (115 nəfər) Kəlbəcər şəhərinə köçürülür.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Kəlbəcər şəhərinə 81 ailə (338 nəfər) köçürülüb.

Избранный
43
18
news24.az

10Источники