RU

“Aİ və Ermənistan arasında əlaqələr heç vaxt bu qədər yaxın olmayıb”- Marta Kos

Avropa İitifaqı “Dayanıqlılıq və İnkişaf Proqramı” çərçivəsində Ermənistana 202 milyon avro dəyərində vəsaitin ödənişini elan edib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos özünün “X” hesabında məlumat verib.

“Aİ və Ermənistan arasında əlaqələr heç vaxt bu qədər yaxın olmayıb. Tərəfaşlığımızın prioritetlərini irəli aparmaq üçün Baş nazir Paşinyanla Yerevanda görüşdüm. Mən “Dayanıqlılıq və İnkişaf Planı” çərçivəsində 202 milyon avro məbləğində ikinci ödənişi elan etdim və Baş nazirin müavini Qriqoryanla yeni Yüksək Səviyyəli Siyasət Dialoqunu başlatdıq”,- Marta Kos qeyd edib.

Избранный
42
3
redaktor.az

4Источники