RU

''Qalatasaray''ın Okan Burukla avrokuboklarda qələbə faizi neçədi?

Məlum olduğu kimi ''Qalatasaray'' Çempionlar Liqasına çox bərbad start verərək səfərdə ''Ayntraxt''a 1:5 hesabı ilə məğlub oldu. Halbuki İstanbul nəhəngi bu mövsüm məhz bu turnirdə uğurlu çıxış etmək arzusunda idi. Yayda reallaşdırılan önəmli transferlər məhz bu hədəf üçün nəzərdə tutulmuşdu.

Bu acı məğlubiyyət növbəti dəfə Okan Burukun avrokuboklardakı zəif göstəricilərini gündəmə gətirdi. Bu məşqçi ilə əvvəlki illərdə Avropa səhnəsində ''Sparta'' və ''Alkmaar'' önündə darmadağın olan ''Cim-Bom'' bu dəfə eyni aqibəti Frankfurtda yaşadı. Halbuki bu klubların heç biri Avropa nəhəngi sayılmır.

Ümumiyyətlə, komandanın Burukun başçılığı altında Türkiyə çempionatında və avrokuboklardakı göstəriciləri arasında çox ciddi fərq var. Məsələn, ''Qalatasaray'' 51 yaşlı mütəxəssislə indiyə qədər 115 superliqa matçının 96-da, yəni 83 faizində qalib gəlib (12 heç-heçə, 7 məğlubiyyət). Avrokuboklarda isə ''sarı-qırmızılar'' bu məşqçi ilə 27 oyunun yalnız 10-də, yəni 37 faizində qələbə qazanıb (8 heç-heçə, 9 məğlubiyyət).

Bu arada ''Qalatasaray'' fanatlarını üzəcək daha bir məqamın üstü açılıb. Sən demə ''Qalatasaray'' ÇL tarixində ən pis (-101) top fərqinə malik olan komandadı! Özü də bu göstəricidə ilk ''10-luq''da Türkiyənin 3 təmsilçisinin yer alması diqqət çəkir. ''Beşiktaş'' (-77) 5-ci, ''Fənərbaxça'' (-68) isə 6-cı pillədədi.

Избранный
36
1
football-plus.az

2Источники