RU

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında yazılıb.

"Sən bizimsən, bizimsən durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

Azərbaycan türkü qardaşlarımızı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik",-məlumatda qeyd olunub.

Bildirilib ki, Türkiyə "Bir millət, iki dövlət" anlayışı ilə hər zaman Azərbaycanla bir və bərabər olmağa davam edəcək.

"Sen bizimsen, bizimsen durdukça bedende can,Yaşa, yaşa, çok yaşa ey şanlı #Azerbaycan!" Azerbaycan Türkü kardeşlerimizin 20 Eylül Egemenlik Günü kutlu olsun.“Tek Millet, İki Devlet” anlayışıyla her zaman bir ve beraber olmaya devam edeceğiz. 🇦🇿🇹🇷 @wwwmodgovaz… pic.twitter.com/J1TUJxh01f

— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 20, 2025

Избранный
40
6
missiya.az

5Источники