RU

Paşinyan İrəvanın Rusiya ilə bağlı mövqeyindən danışdı

"Ermənistan Rusiya Federasiyası ilə münasibətlərini gücləndirəcək".

"Unikal" xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının qurultayında deyib.

Siyasətçi qeyd edib ki, bu gün Rusiya ilə münasibətlərin əhəmiyyətini çox qiymətləndirmək çətindir.

Baş nazirin sözlərinə görə, iki ölkə arasında münasibətlər hazırda transformasiya mərhələsindədir. 

"Bu əsasda biz Rusiya ilə münasibətlərin möhkəmlənməsinə doğru irəliləyəcəyik. Bizim siyasi dialoqumuz da aktiv olaraq qalacaq", - Ermənistanın baş naziri vurğulayıb.

Избранный
21
unikal.az

1Источники