RU

BDYPİ-dən hava şəraiti ilə bağlı ikitəkərli nəqliyyat istifadəçilərinə XƏBƏRDARLIQ

Bakı.Trend:

BDYPİ əlverişsiz hava şəraitində ikitəkərli nəqliyyatvasitələrinin istifadəsi ilə bağlı xəbərdarlıq edir.

Trend xəbərverir ki, bu barədə Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki,yağıntılı, eləcə də küləkli hava şəraitindəskuter, moped, velosiped və digər ikitəkərli nəqliyyatvasitələrindən istifadə xüsusilə təhlükəli olur:

"Yol örtüyünün sürüşkənliyi, sürücülərin görmə imkanlarınınməhdudlaşması, küləyin təsiri və balansın asanlıqla itirilməsi qəzariskini dəfələrlə artırır. Belə şəraitdə bu nəqliyyat vasitələrininidarə olunması həm istifadəçilərin özləri, həm də digər hərəkətiştirakçıları üçün ciddi təhlükə yaradır.

Xatırladırıq ki, ikitəkərli nəqliyyat vasitələrinin sürücüləriyol şəraitinə daha həssasdır və qəza anında xəsarət alma ehtimalıyüksək olan qrupdur. Buna görə də güclü yağış, külək və zəif görməşəraiti mövcud olan hallarda onların yola çıxmaması tövsiyəolunur".

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkətiştirakçılarının diqqətinə çatdırır ki, təhlükəli hava şəraitindəskuter, moped, velosiped və digər ikitəkərli nəqliyyatvasitələrindən istifadədən çəkinərək, özlərinin və ətrafdakıinsanların təhlükəsizliyini qorumağa, eləcə də digər hərəkətiştirakçıları üçün əlavə risk yaratmamağa xüsusi diqqətyetirsinlər", - deyə əlavə olunub.

Məqalədə:
Избранный
39
22
az.trend.az

10Источники