RU

Dünya çempionatı: Azərbaycanın üç güləşçisi bu gün mübarizəyə start verəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Azərbaycanın 3 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında mübarizəyə start verəcək.
Oxu.Az xəbər verir ki, yarışın səkkizinci günündə döşək üzərinə çıxacaq yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (63) Bayaman Kərimovla (Qırğızıstan), Həsrət Cəfərov (67kq) Neyser Marimon Hidalqo (Venesuela) ilə İslam Abbasov (87 kq) isə Stanislav Şafarenkoyla (UWW) qarşılaşacaqlar.
Bu gün Ülvi Qənizadə (72 kq) final görüşündə Fransa təmsilçisi İbrahim Qanemə ilə münasibətlərinə aydınlıq gətirəcək.
Nihat Məmmədli (60 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal uğrunda qarşılaşmalarda mübarizə aparacaqlar.
Qeyd edək ki, hazırda yığmanın aktivində 4 medal var. Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.
Избранный
23
7
oxu.az

10Источники