1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanın daha üç yunan-Roma güləşçisi Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə start verir.
Oxu.Az xəbər verir ki, bu gün güləşçilərimizdən 97 kiloqramda Murad Əhmədiyev, 60 kiloqramda Nihat Məmmədli, 72 kiloqramda Ülvi Qənizadə çıxış edəcəklər.
Qeyd edək ki, Nihat Məmmədli və Ülvi Qənizadənin rəqibləri təsnifat mərhələsindən sonra müəyyənləşəcək. Murad Əhmədiyev isə ilk olaraq İtaliya təmsilçisi Nikoloz Kaxelaşvili ilə döşək üzərinə çıxacaq.