RU

BDYPİ piyada intizamının artırılması istiqamətində tədbirləri davam etdirir

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumi yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi məqsədilə tədbirləri davam etdirir.

BDYPİ-dən “İki sahil”ə bildirilib ki, aparılan müşahidələr piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi, eləcə də yolun hərəkət hissəsinə qəfil və gözlənilməz daxil olmaları qəza riski yaratdığını göstərir. Xüsusilə magistral yollarda belə hərəkətlərə yol verilməsi çox zaman faciələrlə nəticələnir. Bu baxımdan piyadaların intizamlı davranışı və qaydalara ciddi riayət etməsi həyati əhəmiyyət kəsb edir.

Bütün bunlar nəzərə alınaraq BDYPİ tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir, eyni zamanda, yol hərəkəti qaydalarını pozaraq sürücülər üçün təhlükə yaradan piyadalar inzibati məsuliyyətə cəlb edilirlər.

BDYPİ bir daha xatırladır ki, yol hərəkəti qaydalarının pozulması nəinki qanunvericiliklə məsuliyyət yaradır, həm də insanların həyatını təhlükə altına qoyur. Hər bir hərəkət iştirakçısından tələb edilir ki, yollarda intizamlı olsun və qaydalara ciddi riayət etsin.

Избранный
46
30
ikisahil.az

10Источники