RU

Paşinyan: Ermənistan Azərbaycanla sülh sayəsində yeni mərhələyə qədəm qoyub

Ermənistan Azərbaycanla sülh qurulması sayəsində öz tarixinin tamamilə fərqli bir mərhələsinə qədəm qoyub.

"Report"un məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının qurultayında çıxışı zamanı bildirib.

"Bu sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və dəstəyi ilə həmçinin mənim və Azərbaycan Prezidentinin imzaladığı bəyannamə sayəsində quruldu. 8 avqust uzun bir prosesin kulminasiyası, zirvəsidir. Bir il yeddi ay ərzində Ermənistan-Azərbaycan sərhədində atışmalar nəticəsində heç bir əsgər həlak olmayıb və yaralanmayıb", - N.Paşinyan bildirib.

Onun sözlərinə görə, bu 1 il 7 ayın 2 il 7 aya, 3 ilə, 5 ilə, 50 ilə, 200 ilə çevrilməsi lazımdır.

Baş nazir həmçinin bildirib ki, hakim partiyanın qurultayında Ermənistan üçün "növbəti 100 il ərzində" həlledici əhəmiyyət kəsb edəcək qərarlar qəbul olunacaq.

Избранный
18
6
hit.az

7Источники