Bu ilin yanvar-avqust aylarında Azərbaycana 759 min 945 ton buğda idxal edilib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 163 milyon 501 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 180 019 ton (31 %), dəyər baxımından isə 35 milyon 140 min ABŞ dolları (27,3 %) çoxdur.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,1 %-ni təşkil edib.
"Cebheinfo.az"