RU

Alkoqol ürək ritmini pozur və ağır xəstəlik riskini artırır

Spirtli içkilərin müntəzəm qəbulu ürək üçün ciddi təhlükə yaradır.

E-saglam.az xəbər verir ki, bu barədə kardioloq, tibb elmləri namizədi Yelena Qolikova bildirib.

Onun sözlərinə görə, alkoqol yalnız qaraciyərə deyil, ürək-damar sisteminə də mənfi təsir edir.

Həkim qeyd edib ki, ən çox rast gəlinən fəsad aritmiyadır. Bu problem xüsusən tətil və həftə sonları çoxlu spirtli içki qəbulundan sonra ortaya çıxır. Aritmiya özünü ürək döyüntülərinin sürətlənməsi, fasilələrlə döyünməsi və ya atriyal fibrilasiya şəklində göstərə bilər. Sonuncu vəziyyət isə insult və ağır ürək xəstəliklərinin riskini artırır.

Qolikovanın sözlərinə görə, az miqdarda alkoqol belə qan təzyiqini yüksəldə bilər. Nəzarətsiz hipertoniya isə infarkt, insult və ürək çatışmazlığına səbəb ola bilər. Uzun müddət alkoqoldan sui-istifadə isə alkoqollu kardiyomiyopatiya xəstəliyinə gətirib çıxara bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
56
e-saglam.az

1Источники