Ajans.az xəbər verir ki,kənd sakini, İkinci Qarabağ müharibəsi iştirakçısı, 32 yaşlı Emin Baxışov 37 yaşlı Kənan Cəbiyevi bıçaqla qətlə yetirib. Polis əməkdaşları tərəfindən E.Baxışov saxlanılıb. Məlumata görə, E.Baxışov K.Cəbiyevlə birlikdə meyvə-tərəvəz alveri ilə məşğul olub. Mübahisə də meyvə-tərəvəz alveri zamanı əldə olunan qazancın düzgün bölünməməsi səbəbindən baş verib. Pula görə düşən dava nəticəsində E.Baxışov şərikini bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı araşdırma aparılır./oxu.az