Ermənistanla Azərbaycan arasında bir il yarımdan çoxdur de-fakto sülh bərqərar olub.
Operativ Media Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan partiyasının qurultayında deyib.
"Artıq bir il yeddi aydır Ermənistan-Azərbaycan xəttində atışmalar nəticəsində Ermənistan tərəfdən itkilərin olmadığını" bildirib.
O qeyd edib ki, Ermənistanın mütəqilliyi dövründə heç vaxt belə bir dövr olmayıb.
"Sülh budur", - Paşinyan əlavə edib.