RU

Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti müşahidə edilir. Əksər yerlərdə leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.

Düşən yağıntının miqdarı Zaqatalada 49, Qusarda 41, Oğuzda 40, Daşkəsən, Balakəndə 37, Qubada 36, Qax (Sarıbaş), Xaltanda 32, Şəki, Gədəbəy, Qrızda 28, Tovuz, Xınalıqda 27, Göygöldə 23, Şamaxıda 22, Qəbələdə 21, Altıağac, Mingəçevirdə 20, Şəmkirdə 19, Gəncədə 18, Sədərəkdə 17, Şabranda 13, Goranboy, Bərdədə 11, Yevlax, Göyçay, Naftalanda 9, Şərur, Bakıda və Abşeron yarımadasında 8, Ağdam, Ağstafada 7, Tərtər, Şahbuzda 6, Qobustanda 5, Zərdab, Ceyrançöl, Sabirabad, Ordubadda 4, İmişli, Kürdəmir, Culfada 3, Ceyrançöl, Beyləqan, Lənkəranda 2, Biləsuvar, Astara, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lerikdə 1 millimetrədək olub.

Yüksək dağlıq ərazilərə - Şahdağ (14 sm), Gədəbəy, Daşkəsən (Qoşqardağ), Göygöl (Hacıkənd-Kəpəz Murovdağ), Kəlbəcər, Laçına qar yağıb.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə arabir Daşkəsəndə 28, Culfa, Xızıda 25, Bakıda və Abşeron yarımadasında, Mingəçevirdə 23, Naxçıvan, Naftalanda 22, Şərur, Sabirabadda 20, Qobustan, Goranboyda 19, Bərdə, Sədərək, Kürdəmirdə 18, Qusarda 17, Ağdam, Tərtərdə 16 metrədək güclənir.

Göyçay, Lerik, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qrız, Şahdağda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

 

Избранный
11
35
azertag.az

10Источники