RU

ACE platformasından indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

“Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlar blokunda yerləşən “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasından bu günədək 1,4 mln. ton neft hasil olunub.

Bu barədə Energetika Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, ACE layihəsi çərçivəsində indiyədək 228 mln. kubmetr qaz hasil olunub.

Qeyd olunur ki, “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ildə qəbul edilib. 2024-cü ildə ACE-dən ilk neft hasil olunub.

Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də AÇG-nin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş imzalanıb. 2017 il sentyabrın 14-də AÇG üzrə heft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş edilib və yenidən tərtib olunaraq imzalanıb.

AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 31,65%, MOL – 9,57%, “Inpex” – 9,31%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,92%.

MənbəAPA
Избранный
62
6
banker.az

5Источники