Azərbaycan döyüşçüsü Rafael Fiziyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək UFC Fight Night turnirində iştirak edə bilməyəcək.
QOL.az xəbər verir ki, bu haqda “MMA Fighting” saytı məlumat yayıb. Buna səbəb onun zədələnməsi göstərilb.
Bu səbəbdən Fiziyevin braziliyalı döyüşçü Çarlz Oliveyraya qarşılaşması baş tutmayacaq.
Mənbənin məlumatına görə, 11 oktyabrda yüngül çəki dərəcəsində nəzərdə tutulan bu qarşılaşma UFC turnirinin əsas döyüşü olmalı idi. UFC-nin yüngül çəki reytinqində Oliveyra 4-cü, Fiziyev isə 10-cu yerdə qərarlaşıb.
Fiziyev MMA karyerasında 13 qələbə qazanıb və 4 dəfə məğlub olub. Keçmiş UFC çempionu Oliveyranın isə hesabında 35 qələbə, 11 məğlubiyyət var və onun bir döyüşü baş tutmamış sayılıb.