RU

Qırğızıstandan Azərbaycan iqtisadiyyatına investisiyalar əhəmiyyətli dərəcədə artıb

Bakı. Trend:

Cari ililin ilk 6 ayı ərzində Qırğızıstandan Azərbaycana birbaşaxarici investisiyaların həcmi 7,706 milyon ABŞ dolları təşkiledib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Məlumata əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə 78 dəfəçoxdur.

Hesabat ilində Azərbaycana yatırılan birbaşa xariciinvestisiyaların ümumi həcmində Qırğızıstan investisiyalarının payı0,2 faiz təşkil edib.

2024-cü ilin ilk 6 ayı ərzində isə Qırğızıstandan Azərbaycanabirbaşa xarici investisiyaların həcmi 99 min ABŞ dolları təşkiledib

Cari ilin birinci yarısında Azərbaycanın iqtisadiyyatına qoyulanbirbaşa xarici investisiyaların həcmi 3 milyard 222 milyon ABŞdollarını ötüb. Bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə244 milyon 295 min ABŞ dolları və ya 8,2 faiz çoxdur.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatınayönəldilən birbaşa investisiyaların həcmi isə 1 milyard 350 milyonABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk 6 ayı iləmüqayisədə 351 milyon 561 min ABŞ dolları və ya 35,2 faizçoxdur.

Избранный
34
2
az.trend.az

4Источники