Litvanın müdafiə naziri Dovite Şakaliene Estoniya hava məkanının pozulmasından sonra Rusiyaya qətiyyətli cavab verməyin vacibliyini vurğulayıb.
Bizim.Media xəbər verir ki, nazir bu barədə sosial şəbəkə X-də yazıb.
“NATO-nun şimal-şərq sərhədi təsadüfən sınanmır. Biz qətiyyətli olmalıyıq”, – deyə o bildirib.
Şakaliene 2015-ci ildə Türkiyənin xəbərdarlıqlara məhəl qoymayan Rusiya Su-24 bombardmançısını vurmasını xatırladıb. Litvanın müdafiə naziri həmçinin vurğulayıb ki, “Türkiyə 10 il əvvəl nümunə göstərdi və bunu düşünməliyik”.
Qeyd edək ki, söhbət 2015-ci ilin noyabrında baş verən hadisədən gedir. Həmin vaxt Türkiyə hava məkanına daxil olan və xəbərdarlıqlara reaksiya verməyən Rusiya Su-24 bombardmançısını vurmuşdu. Türkiyə bu addımın ölkənin suverenliyini qorumaq üçün atıldığını bildirmişdi.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта