RU

Qubadlı RİH "Dövlət Suverenliyi Günü"nü qeyd etdi - FOTOLAR

2025-ci il 19 sentyabr tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında “2025-ci il Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr- Dövlət Suverenliyi Günü münasibətilə  “Konstitusiya və Dövlətçiliyin təməli” mövzusunda tədbir keçirilib.  

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Hüquq-mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.  

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin bustu önünə gül dəstələri qoyulub. 

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildiyinin, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini diqqətə çatdıraraq tədbir iştirakçılarını Dövlət Suverenliyi Günü münasibəti ilə təbrik etdi.

Qeyd olundu ki, suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca və zəruri olan amillərdən biridir. Çünki digər dövlətlər və beynəlxalq təşkilatlar suverenliyini təmin edən  dövlətlərlə əməkdaşlıq edir, onu tanıyır, əlaqələr qurur, ərazi bütövlüyünə hörmətlə yanaşır. Konstitusiya və Suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə təsdiq və ifadə edir, onları dünyaya yaxından tanıtdırır. “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. 

 Vətən Müharibəsi iştirakçısı, Teymur Müskanlı kənd tam orta məktəbinin hərbi müəllimi Mayis Kazımov və Birinci Qarabağ və Vətən Müharibəsi iştirakçısı, Süleyman Rəhimov adına Mahrzulu kənd tam orta məktəbin hərbi müəllimi Etibar Kərimli çıxış edərək Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir. Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüzün, suverenliyimizin xalqımızın milli sərvəti olduğunu, 20 sentyabr tarixinin Azərbaycanda "Dövlət Suverenliyi Günü" kimi qeyd edilməsi hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu bildirdi. 

Şəhid ailələrinə və Müharibə iştirakçılarına hər zaman göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və rayon rəhbəri Malik İsaqova minnətdarlıqlarını bildirdilər. 

YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirdi ki, Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur.  

Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış ərazilərimizdə yeni həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş bərpa-quruculuq işləri aparılır. 

Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu pozitiv dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifədir.

 

     

Избранный
75
50
unikal.az

10Источники