Yaxın gələcəkdə malyariya xəstəliyi tarixə qovuşacaq.
Publika.az xəbər verir ki, britaniyalı və afrikalı bioloqlardan ibarət tədqiqat qrupu bu qənaətə gəlib.
Onlar maylariya daşıyıcısı olan “Anopheles funestus” ağcaqanadlarının genlərində bunun üçün yeni genetik ipucları tapıb.
Tədqiqat qrupu “Anopheles funestus” növünü araşdıraraq bu növün zamanla necə təkamül edərək yaşamağa davam etməsini öyrənib. Tarixi nümunələrin analizi göstərib ki, insektisidlərə qarşı müqavimətlə bağlı əsas mutasiya hələ 1960-cı illərdə ağcaqanadlarda mövcud olub, digər müqavimət mutasiyaları isə sonralar inkişaf edib. Nəticələrə görə, əvvəllər başqa bir malyariya daşıyıcısı olan ağcaqanad üçün hazırlanmış gen sürücüsü texnologiyası “Anopheles funestus” üçün də uyğunlaşdırıla bilər. Bu isə malyariyanın tam aradan qaldırılması üçün yeni yanaşma təklif edir.