Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.Bu barədə Ermənistan KİV məlumat yayıb.
Qeyd olunur ki, Andranik Simonyanı gətirən təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Simonyan Bakıda keçiriləcək 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edəcək.Onun səfəri sentyabrın 21-dək davam edəcək.