AZ

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gəlib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib. Avtosfer.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir. Məlumata görə, Andranik Simonyanın olduğu təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. İrəvandan uçuş 50 dəqiqə davam edib. Qeyd edək ki, daha əvvəl Simonyanın Bakıda keçiriləcək 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edəcəyi barədə məlumat yayılmışdı. Onun səfərinin sentyabrın 21-dək davam etməsi planlaşdırılıb.

---15:20

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək. Bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətindən məlumat verilib. Məlumata görə, nümayəndə heyəti sentyabrın 19-dan 21-dək Bakıda keçiriləcək 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edəcək.

Seçilən
30
26
avtosfer.az

10Mənbələr