RU

Barmaq versən, əlini dişləyəcək Kelloq Putin haqda görün nələr dedi...

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putini güc və məcburiyyət yolu ilə məğlub etmək olar.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq deyib.

“Putin Qərbi başa düşmür. O, ingilis dilində danışa bilməyən insan kimi davranır. Ona qarşı çıxacaq yeganə şey güc və məcburiyyətdir. Putin və Rusiyaya ekspansionist dövlət kimi baxmaq lazımdır. O, Rusiya imperiyasını dirçəltmək istəyir. Putinə ir barmaq versən bütün əlini dişləyəcək. O şübhəsiz ki, bütün Donetsk və Luqanskı ələ keçirməyə çalışacaq. Sonrakı yerdə cənub bölgələri Xerson və Zaporojya ola bilər”, – Kelloq vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
globalinfo.az

1Источники