RU

NATO: Estoniya ərazisinə daxil olan Rusiya qırıcılarının qarşısı alınıb

BAKI, 19 sentyabr. TELEQRAF

NATO rus qırıcılarının Estoniya hava məkanını pozduğunu və alyansın dərhalonları geri çəkilməyə məcbur etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Ellison Hart "X" sosial şəbəkə platformasında məlumat yayıb.

O bildirib ki, rus qırıcıları bu gün səhər saatlarında Estoniya hava məkanını pozub. NATO isə dərhal cavab verərək Rusiya təyyarəsinin qarşısını alıb.

Hart bu hadisənin “rusların məsuliyyətsiz davranışlarının” və "NATO-nun cavabvermə qabiliyyətinin növbəti nümunəsi" olduğunu vurğulayıb.

Qeyd edək ki, sentyabrın 9-da Polşa Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hava məkanını pozduğunu bildirmiş, NATO isə birgə cavab tədbirlərinin görüldüyünü açıqlamışdı. Daha sonra Rumıniyanın hava məkanında da Rusiya PUA-sı aşkar edilmişdi.

Избранный
15
1
teleqraf.com

2Источники