NATO rus qırıcılarının Estoniya hava məkanını pozduğunu və alyansın dərhal onları geri çəkilməyə məcbur etdiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Ellison Hart "X" sosial şəbəkə platformasında məlumat yayıb.
O bildirib ki, rus qırıcıları bu gün səhər saatlarında Estoniya hava məkanını pozub. NATO isə dərhal cavab verərək Rusiya təyyarəsinin qarşısını alıb.
Hart bu hadisənin “rusların məsuliyyətsiz davranışlarının” və "NATO-nun cavabvermə qabiliyyətinin növbəti nümunəsi" olduğunu vurğulayıb.
Qeyd edək ki, sentyabrın 9-da Polşa Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hava məkanını pozduğunu bildirmiş, NATO isə birgə cavab tədbirlərinin görüldüyünü açıqlamışdı.
Daha sonra Rumıniyanın hava məkanında da Rusiya PUA-sı aşkar edilmişdi.