Ajans.az xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri"> Afət Telmanqızı məlumat verib. O bu barədə sosial media hesabında paylaşım edib. Paylaşımda deyilir: "Sabah - sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü münasibətilə Xankəndidə möhtəşəm bayram konserti keçiriləcək. Xankəndi şəhərindəki Zəfər meydanında hazırlıq işləri gedir.Sabah Xanın kəndində atəşfəşanlıq da olacaq". Qeyd edək ki, 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatından - Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından 2 il keçir. 44 günlük Vətən Müharibəsi ilə başlanan yeni mərhələ 23 saatlıq antiterror əməliyyatı ilə tamamlandı və Azərbaycan dövlət suverenliyini bütün ərazilərdə tam bərpa etdi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə bayrağımız ucaldıldı. Prezident, Ali Baş Komandan İlham Əliyev 2023-cü ildə bu şəhərlərdə Dövlət Bayrağını qaldıraraq ərazi bütövlüyümüzün tam bərpa olunduğunu dünyaya bəyan etdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта