ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə görüşməyə ümid edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə CBS News-un Ağ Ev müxbiri Cennifer Jacobs onun X sosial media səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Trampın BMT Baş Assambleyasının sessiyası çərçivəsində Suriya lideri ilə görüşməsi üçün “planlar hazırlanır”. CBS müxbiri həmçinin vurğulayıb ki, Əl-Şaraa "son 67 ildə BMT-də çıxış edən ilk Suriya prezidenti" olacaq.
Məryəm Quliyeva