RU

“Zədəlilərimiz çoxdu” - Azər Həşimov

“Karvan-Yevlax” “İmişli”yə 0:3 uduzandan sonra meydan sahiblərinin baş məşqçisi Azər Həşimov media önünə çıxdı.

- Niyə uduzduz?
- Ötən oyunda olduğukimi standart vəziyyətdən qol buraxdıq. Daha sonra gözlənilməz qollar buraxdıq.

- Mikels zədələnəndən sonra uduzursuz. Komandanın əsas futbolçusu Mikels imiş?
- Önəmli futbolçudu. Uğur hələ gəncdi. Ona görə çətinliyimiz oldu.

- Gözləntilərinizdən aşağı səviyyədə oynayan legionerlər var?
- Var.

- Araz Abdullayev niyə oynamır?
- Arxa nahiyəsindən zədələnib. Qapıçı daxil olmaqla üç zədələmiz var.

- Nəyi dəyişmək istəyirsiz? Nə dəyişməlidi?
- Üç oyundu standart vəziyyətdən qol buraxırıq. Bunun üzərində çalışacayıq.

- Heyətin yığılmasında kənar müdaxilə yoxdu?
- Qətiyyən. Oynaya bilmədik. Zədəlilərimiz çoxdu. Bu bizə problem yaradır.

- Yevlaxa nə vaxt qayıdırsız?
- AFFA-dan gəlmişdilər. Bu mənə aid sual deyil. Gözləyirik ki, meydança hazır olsun, doğma azarkeşlərimizin qarşısında oynayaq.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
13
1
football-plus.az

2Источники