AZ

“Zədəlilərimiz çoxdu” Azər Həşimov

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

“Karvan-Yevlax” “İmişli”yə 0:3 uduzandan sonra meydan sahiblərinin baş məşqçisi Azər Həşimov media önünə çıxdı.- Niyə uduzduz?- Ötən oyunda olduğu kimi standart vəziyyətdən qol buraxdıq. Daha sonra gözlənilməz qollar buraxdıq.- Mikels zədələnəndən sonra uduzursuz. Komandanın əsas futbolçusu Mikels imiş?- Önəmli futbolçudu. Uğur hələ gəncdi. Ona görə çətinliyimiz oldu.- Gözləntilərinizdən aşağı səviyyədə oynayan legionerlər var?- Var.- Araz Abdullayev niyə oynamır?- Arxa nahiyəsindən zədələnib. Qapıçı daxil olmaqla üç zədələmiz var.- Nəyi dəyişmək istəyirsiz? Nə dəyişməlidi?- Üç oyundu standart vəziyyətdən qol buraxırıq. Bunun üzərində çalışacayıq.- Heyətin yığılmasında kənar müdaxilə yoxdu?- Qətiyyən. Oynaya bilmədik. Zədəlilərimiz çoxdu. Bu bizə problem yaradır.- Yevlaxa nə vaxt qayıdırsız?- AFFA-dan gəlmişdilər. Bu mənə aid sual deyil. Gözləyirik ki, meydança hazır olsun, doğma azarkeşlərimizin qarşısında oynayaq.MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
icma.az

2Mənbələr