RU

Vizasız rejim Çinə səyahət edənlərin sayını 52,1 faiz çoxaldıb

Pekin, 19 sentyabr, AZƏRTAC

Vizasız səyahət rejimi sayəsində Çinə səfər edən əcnəbilərin sayı cari ilin yanvar-avqust aylarında 52,1 faiz çoxalıb.

AZƏRTAC Çinin Dövlət Miqrasiya Administrasiyasının məlumatına istinadla xəbər verir ki, hesabat dövründə vizasız səyahət rejimindən yararlanaraq Çinə səfər edənlərin sayı 15,89 milyon nəfər olub. Vizasız səyahət edənlər Çinə səfər edən əcnəbilərin ümumi sayının 62,1 faizini təşkil edib.

Qeyd edək ki, təxminən 50 ölkənin vətəndaşı ümumvətəndaş pasportu ilə Çinə vizasız səyahət edə bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Çinə dövlət səfəri zamanı iki ölkə arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş imzalanıb. İyulun 16-da qüvvəyə minən Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində otuz (30) gündən çox olmamaqla və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) gün müddətini aşmamaqla viza tələbindən azad edilir.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
19
5
azertag.az

6Источники