RU

Azərbaycan idmançısı dünya çempionatında erməni güləşçi Artur Aleksanyanı məğlub edib

Zaqrebdə keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan idmançısı Murad Əhmədiyev tarixi uğura imza atıb.

News365.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Əhmədiyev əvvəlcə italiyalı Nikoloz Kaxelaşvilini (4:1), ardınca qırğızıstanlı Uzur Cuzupbekovu (5:1) məğlub edib.

O, 1/4 finalda dünya və Avropa çempionu olan ermənistanlı Artur Aleksanyana 3:3 hesablı bitən görüşdə sonuncu xal üstünlüyü ilə qalib gəlməyi bacarıb.

Qeyd edək ki, Artur Aleksanyan olimpiya, dördqat dünya və yeddiqat Avropa çempionudur.


Избранный
32
15
news365.az

10Источники