Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı keçirilir.
Sitat.info xəbər verir ki, azərbaycanlı güləşçi Murad Əhmədiyev 1/4 finalda olimpiya çempionu Artur Aleksanyanla üz-üzə gəlib.
O, güclü erməni rəqibini məğlub edərək yarımfinala yüksəlməyi bacarıb.
Murad 4 qat dünya, 7 qat avropa çempionu rəqibini “tuş”la məğlub edib.