RU

Putinə qalmaqallı mesaj: Trampın Britaniya səfərindən şok detallar

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın Britaniyaya səfəri dünyanın yeni çağırışlara hazırlığının göstəricisi kimi qiymətləndirilir. Xatırladaq ki, Donald Tramp ABŞ prezidentləri arasında seçildikdən sonra ikinci dəfə Londona rəsmi səfərə dəvət olunan ilk dövlət başçısıdır.

İki ingilis dövlətinin ortaq məqsədi nədir?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Donald Tramp ABŞ prezidentləri arasında Böyük Britaniyaya ikinci dəfə rəsmi səfər edən ilk prezident kimi tarixə düşüb:

“Onun qarşılanması mərasimi xüsusi təmtəraqla təşkil olunub. Doğrudur, bəzi ingilis dövlət ənənələri və protokol qaydalarında pozuntular olsa da, əsas məsələ burada aparılan müzakirələr və verilən mesajlardır. Britaniya və ABŞ Birinci və İkinci Dünya müharibələrindən bəri strateji müttəfiqdir və dünyanın idarə olunması ilə bağlı birgə addımlar atıblar. Bu münasibətlər Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra bir qədər arxa plana çəkilsə də, bu dövlətlərin əlaqələri çox dərindir və qısa müddətli siyasi dəyişikliklər bunu sarsıda bilməz.

Diqqətçəkən əsas məqam isə ondan ibarətdir ki, müzakirə olunan məsələlərin önündə qlobal əməkdaşlıq və Ukraynanın dəstəklənməsi dayanır. Böyük Britaniya kralının və Donald Trampın xanımının geyindikləri paltarların rəngi Ukrayna dövlət bayrağının rənglərində olması simvolik mesaj kimi qiymətləndirilməlidir.

Oqtay Qasımov

Trampın Rusiya Prezidenti Vladimir Putinlə bağlı tənqidi fikirlərinin burada səsləndirilməsi də müəyyən ipuçları verir. Lakin o, hələlik Britaniya qədər Kiyevə qarşı radikal mövqe sərgiləmir. Onun burada söylədiyi fikirlər əvvəlki bəyanatlarının davamı kimi dəyərləndirilməlidir. O, Rusiya ilə bağlı sanksiyalara toxunaraq qeyd edib ki, öncə Avropa İttifaqı Rusiyadan xam neft və digər enerji resurslarının alınmasını dayandırmalıdır. ABŞ isə bunun qarşılığında sanksiyaları sərtləşdirəcək.

İki ingilis dövlətinin yüksək səviyyədə keçirilən görüşləri yaxın gələcəkdə təsirlərini göstərəcək. Aradakı ziddiyyətlərə baxmayaraq, ABŞ-ın Böyük Britaniyaya münasibəti müsbətdir. Donald Trampın bu səfəri, müzakirə olunan məsələlər və verilən mesajların nəticələri isə zamanla aydın olacaq”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
3
globalinfo.az

4Источники