RU

Xaricə göndərilən pul köçürmələrinin azalması ölkədəki əhalinin gəlir səviyyəsinin zəifləməsi ilə əlaqəlidir

ain.az bildirir, Bizimyol portalına istinadən.

2025-ci ilin 6 ayı ərzində Azərbaycana göndərilən pul baratlarının həcmi 6% azalaraq 534 milyon dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 8.3% azalaraq 238.2 milyon olmuşdur. Bu, 2025-ci ilin 6 ayı üzrə Azərbaycan Respublikasının tədiyə balansında bildirilir. Qeyd edilib ki, nəticədə pul baratları üzrə 295.8 milyon dollar müsbət saldo yaranıb.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, gəlişlərin azalması xaricdə işləyən azərbaycanlıların göndərişlərinin azalması onların qazanc imkanlarının daralması və ya alternativ kanallardan (nağd, qeyri-rəsmi) istifadə ilə bağlı ola bilər.

Akif Nəsirli

Akif Nəsirli qeyd edib ki, göndərişlər də azalır və Azərbaycandan xaricə göndərilən pul köçürmələrinin azalması ölkə daxilində əhalinin gəlir səviyyəsinin zəifləməsi ilə əlaqəlidir.

“Bu balansda müsbət saldo hələ qalır. Hər halda balans Azərbaycan xeyrinədir, çünki ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur. Bu isə valyuta təklifinə müsbət təsir edir”-deyən iqtisadçı bildirib ki, xaricdən gələn pul ölkədə dollara tələbi balanslaşdırır, manatın stabilliyinə dəstək verir.

Akif Nəsirlinin sözlərinə görə, baratların azalması bəzi ailələrin gəlirlərinə mənfi təsir göstərə bilər: “Pul baratlarının azalması daxili istehlakda müəyyən daralma yarada bilər”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
49
icma.az

1Источники