RU

Paşinyanın istəyi ilə rütbəli şəxs vəzifəsindən azad edildi

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistanın sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib. Bu qərar Ermənistan Prezidenti Vaaqn Xaçaturyan tərəfindən Baş nazir Nikol Paşinyanın təklifi ilə verilib.

Globalinfo.az xəbər verir ki, müvafiq fərman Ermənistan prezidentinin saytında dərc olunub .

“Edqar Hunanyan Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilsin”, – sənəddə qeyd olunur.

Hunanyanın işdən çıxarılma səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, o, 2024-cü ilin iyulunda Ermənistan Sərhəd Qoşunlarının komandanı təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
4
globalinfo.az

5Источники