AZ

Paşinyan istədi, Xaçaturyan onu vəzifəsindən azad etdi

Ermənistanın sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib. Bu qərar Ermənistan Prezidenti Vaaqn Xaçaturyan tərəfindən Baş nazir Nikol Paşinyanın təklifi ilə verilib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, müvafiq fərman Ermənistan prezidentinin saytında dərc olunub .

“Edqar Hunanyan Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilsin”, – sənəddə qeyd olunur.

Hunanyanın işdən çıxarılma səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, o, 2024-cü ilin iyulunda Ermənistan Sərhəd Qoşunlarının komandanı təyin edilib.

Seçilən
16
4
axar.az

5Mənbələr