RU

BƏƏ Qafqaz regionu ölkələri arasında tərəfdaşlığı gücləndirəcək

“Birləşmiş Ərəb Əmirlikləri Qafqaz regionu ölkələri arasında tərəfdaşlığı gücləndirəcək, bölgədə sabitlik, sülh və ümumi maraqları təşviq edəcək. Sülh inkişaf və iqtisadiyyatın gücləndirilməsi üçün əsasdır”.

Operativ Media xəbər verir ki, bunu BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdə deyib.

Onun sözlərinə görə, BƏƏ və Gürcüstan arasında sıx əlaqələr var və ölkələr arasında əməkdaşlığın dərinləşdiriməsi və bir sıra layihələrin reallaşdırılması bunu bir daha təsdiqləyəcək.

“Ölkələr arasında iqtisadi, xüsusən də nəqliyyat sahəsində əməkdaşlıq davam etdiriləcək. BƏƏ müxtəlif investisiya şirkətlərini həyata keçirdiyi sazişlər çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişafına öz töhfəsini verəcək”, - BƏƏ lideri söyləyib.

İ.Kobaxidze öz növbəsində bildirib ki, Gürcüstan BƏƏ ilə əməkdaşlıq və tərəfdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır:

“BƏƏ şirkətlərinin Gürcüstanda fəal təmsilçiliyi sevindirici haldır. Gürcüstanda iqtisadi fəaliyyətləri üçün bütün şəraitin yaradıldığı dörd iri şirkət çalışır. Biz Tbilisi Quru Limanının inkişafı ilə bağlı əməkdaşlığa da yüksək dəyər veririrk. Ümid edirik ki, gələcəkdə bu cür təşəbbüslər daha çox olacaq və onlar ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək”.

Görüşün sonunda Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili və “Eagle Hills Group” şirkətinin rəhbəri Məhəmməd Alabbar Gürcüstanda ümumu dəyəri 6 milyard ABŞ dolları olan iki genişmiqyaslı investisiya layihəsinin reallaşdırılmasını nəzərdə tutan sazişi mübadilə ediblər.

Избранный
16
1
operativmedia.az

2Источники