RU

Renato Auqusto futbolçu karyerasını bitirdi

Futbol üzrə Braziliya milli komandasının və Almaniyanın “Bayer” klubunun sabiq yarımmüdafiəçisi Renato Auqusto futbolçu karyerasını bitirib.

Arena.az xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə sosial media hesabında məlumat yayıb.

Renato Auqusto Braziliyanın “Flamenqo” klubunun yetirməsidir. O, 2008-2012-ci illər aralığında Almaniyada “Bayer”in uğurları üçün çalışıb. 2013-2015-ci illər aralığında “Korintians”da çıxış etmiş futbolçu 2016-cı ildən 2021-ci ilə qədər Çinin “Beijing Guoan” komandasında forma geyinib. 2021-ci ildə yenidən “Korintians”da qayıtmış Renato 2023-cü ildə bu klubdan ayrılaraq “Fluminense”yə keçmişdi.

Təcrübəli yarımmüdafiəçi Braziliyanın U-17, U-20 və Olimpiya yığmalarında çıxış edib. 0, 2011-ci ildən formasını geyindiyi Braziliyanın əsas millisinin heyətində 33 oyun keçirib, 6 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

error: Məzmun qorunur!
Избранный
21
3
arena.az

10Источники