GƏNCƏ, 19 sentyabr. TELEQRAF
Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Mirzə Abbaszadə küçəsində qeydə alınıb.
Rəşid Yaqubov idarə etdiyi "Moskviç" markalı avtomobillə yolu keçmək istəyən Kəmalə Əliyevanı vurub.
Qəza zamanı qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır