RU

Erlinq Haland - ÇL-də 50 qol vuran ən gənc ikinci futbolçu!

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haland UEFA Çempionlar Liqasında 50 qol vuran ən gənc ikinci futbolçu olub.

Arena.az xəbər verir ki, norveçli futbolçu bu uğura ötən gün qitənin ən nüfuzlu klub turnirində “Napoli” ilə qarşılaşmada (2:0) nail olub.

56-cı dəqiqədə komandasının ilk qoluna imza atmış norveçli oyunçu 25 yaş 59 günlüyündə bunu bacarıb. Turnirdə 50 qola çatan ən gənc futbolçu isə Lionel Messidir – 24 yaş 284 gün.

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in norveçli hücumçusunun Çempionlar Liqasındakı rekordunu (ümumilikdə 49 oyuna 50 qol) şərh edib. İspan mütəxəssisin müvafiq açıqlamasını təqdim edirik:

“Nə deyə bilərəm ki? Rəqəmlər öz sözlərini deyirlər. Bəxtimiz gətirib ki, o, bizimlədir. Onu sadəcə təbrik etmək istəyirəm”, deyə “Pep” vurğulayıb.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib.

Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 6 qol vurub.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 151 oyun, 130 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 45 oyuna 48 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Избранный
16
31
arena.az

10Источники