RU

Taleh Qaraşov şəhid Yusif Xəlilovun anım mərasimində iştirak edib - FOTOLAR

Sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatı nəticəsində şəhid olan Xəlilov Yusif Məmmədrza oğlunun anım günü keçirilib.

"Unikal" xəbər verir ki, mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri iştirak edib. Şəhidin Viravul kəndindəki qəbri ziyarət olunub, məzarı önünə tər güllər düzülüb, ruhuna dualar edilib.

Taleh Qaraşov şəhidin yaxınları ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb,  dövlətin hər zaman yanlarında olduğunu qeyd edib.

Şəhid yaxınları cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.

Избранный
21
1
unikal.az

2Источники