RU

Prezident İlham Əliyev: Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır

Bakı. Trend:

Tarixən mütərəqqi tolerantlıq ənənələrinin və yüksəkbirgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda yəhudiicmasının özünəməxsus yeri vardır. Bu gün cəmiyyətimizin ayrılmazhissəsi olan yəhudilər yüz illərdir ki, digər xalqların vəkonfessiyaların nümayəndələri ilə birlikdə əmin-amanlıq, qarşılıqlıhörmət və etimad şəraitində yaşayırlar.

Trend xəbərverir ki, bu sözlər Prezident İlham Əliyevin yəhudi xalqının yeniil bayramı – Roş ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasınaünvanladığı müraciətdə yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, müasir dünyamızda Azərbaycanantisemitizmin, ksenofobiya və etnik-dini dözümsüzlüyün mövcudolmadığı nadir məkanlardan biridir. Mədəni müxtəlifliyin qorunubsaxlanılması, etnik azlıqların dil və mədəniyyətinin inkişafı,multikultural dəyərlərin təşviqi Azərbaycanda həyata keçiriləndövlət siyasətinin prioritet istiqamətlərindəndir.

“Yəhudiəsilli vətəndaşlarımız ictimai-siyasi həyatın bütünsahələrində yaxından iştirak edir, cəmiyyətimizdə milli-mənəvihəmrəyliyin daha da gücləndirilməsi, Azərbaycan həqiqətlərinindünya ictimaiyyətinə çatdırılması işinə layiqli töhfələr verirlər”,- deyə Prezident İlham Əliyev müraciətində diqqətə çatdırıb.

Избранный
4
49
az.trend.az

10Источники