RU

Tramp III Çarlzı ABŞ-a səfərə dəvət etməyi planlaşdırır

Daha əvvəl Böyük Britaniyaya səfər etmiş ABŞ prezidenti Donald Tramp kral III Çarlzı ABŞ-a cavab səfərinə dəvət etməyi planlaşdırır.

Busaat.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.

Nəşrin yazdığına görə, Tramp administrasiyası kralı 2026-cı ildə ABŞ-ın müstəqilliyinin 250-ci ildönümünü qeyd etməyə dəvət etmək istəyir. Ağ Ev Böyük Britaniyanın qarşıdan gələn bayramlarda aparıcı rol oynamasını istəyir. Qeyd edilir ki, bunlar ilkin planlardır və dövlət səfəri hələ yekunlaşmayıb.

Adı açıqlanmayan Amerika rəsmisi də nəşrə bildirib ki, Amerika lideri tədbirin Böyük Britaniyada təşkilindən məmnundur.

Yeganə

Избранный
33
busaat.az

1Источники